...

Klublarımızın Konfrans Liqasındakı oyunlarının vaxtı məlum olub

İdman Materials 1 Avqust 2025 14:30 (UTC +04:00)
Klublarımızın Konfrans Liqasındakı oyunlarının vaxtı məlum olub
Rəşid Qarayev
Rəşid Qarayev
Bütün xəbərlər

Bakı.Trend:

Azərbaycan klublarının UEFA Konfrans Liqasının 3-cü təsnifat mərhələsində keçirəcəyi oyunların başlama saatı açıqlanıb.

Trend xəbər verir ki, bu barədə UEFA-nın rəsmi saytı məlumat yayıb.

"Araz-Naxçıvan"ın avqustun 7-də Bakıda "Omoniya" (Kipr) ilə oyunu saat 20:00-da başlayacaq. Avqustun 14-də keçiriləcək səfər matçı isə Bakı vaxtı ilə saat 21:00-da start götürəcək.

"Sabah"ın Bolqarıstanda "Levski" (Sofiya) ilə avqustun 7-də keçirəcəyi görüş Bakı vaxtı ilə saat 22:00-da, avqustun 14-də Bakıdakı cavab görüşü isə saat 20:00-da başlayacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti