...

Anqolada yanacaq qiymətlərinə qarşı etirazlarda ölənlərin sayı 22-ə çatıb

Dünya xəbərləri Materials 31 İyul 2025 11:01 (UTC +04:00)
Anqolada yanacaq qiymətlərinə qarşı etirazlarda ölənlərin sayı 22-ə çatıb
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Anqolada yanacaq qiymətlərinin bahalaşmasına qarşı davam edən etirazlar fonunda meydana gələn küçə iğtişaşlarında ölənlərin sayı 22 nəfərə çatıb, yüzlərlə insan yaralanıb.

Bu barədə Trend ölkənin yerli KİV-lərinə istinadən xəbər verir.

Polis qüvvələri ilə etirazçılar arasında baş verən toqquşmalarla əlaqədar 1200-dən çox aksiya iştirakçısının saxlanıldığı bildirilir.

Qeyd edək ki, ölkədə vəziyyət taksi sürücülərinin iyulun 1-dən etibarən yanacaq qiymətlərinin bahalaşmasına etiraz olaraq tətilə çıxmasından sonra başlayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti