Bakı. Trend:
ABŞ Federal Ehtiyatlar Sistemi (FED) bu il artıq beşinci dəfədir ki, qısamüddətli faiz dərəcəsini dəyişməz saxlayır.
Trend-in məlumatına görə, bu barədə qurumun sədri Cerom Pauell mətbuat konfransında məlumat verib.
Qərara əsasən, əsas qısamüddətli faiz dərəcəsi təxminən 4,3 faiz səviyyəsində qorunacaq. Beləliklə, FED ABŞ Prezidenti Donald Trampın faiz dərəcələrinin azaldılması ilə bağlı davamlı çağırışlarını yenidən rədd etmiş olub.
Pauell qeyd edib ki, tətbiq edilən tariflər bəzi mallar üzrə qiymət artımına səbəb olmağa başlayıb, lakin bu siyasətin uzunmüddətli təsirləri hələ də qeyri-müəyyəndir.
“İnflyasiyanın nəzarətdə saxlanılması üçün nə lazımdırsa, edəcəyik”, – deyə FED rəhbəri vurğulayıb.