Bakı.Trend:
"Neftçi” daha bir transferini həyata keçirib.
Trend xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.
Lüksemburq millisinin futbolçusu Alessio Kurçi heyətə cəlb edilib. 23 yaşlı hücumçu ilə 3 illik müqavilə bağlanıb.
Futbola vətənində başlayıb Almaniyada davam edən Kurçinin sonuncu klubu “Francs Borains” (Belçika) olub. O, milli komandasının heyətində 15 oyun keçirib, 1 qol vurub.