Bakı. Trend:
ABŞ prezidenti Donald Tramp Rusiya-Ukranya arasında silahlı münaqişə bitənə qədər ukrayna vətəndaşlarının Birləşmiş Ştatlar ərazisində qalmasına icazə vermək niyyətindədir.
Trend bu barədə ABŞ KİV-lərinə istinadən xəbər verir.
Jurnalistlər Trampdan ukraynalılara sığınacağın verilib-verilməyəcəyini soruşub. Buna cavab olaraq Ağ Ev rəhbəri bildirib ki, bəli, düşünürəm ki, biz bunu edəcəyik.
Trampın sözlərinə görə, Birləşmiş Ştatlara çoxlu Ukrayna vətəndaşı gəlir və Amerika rəhbərliyi hal-hazırda onlarla “iş aparmaqdadır”.