...

İZİA-nın idarəçiliyindəki sənaye zonalarında rezident kimi qeydiyyatdan keçən xarici şirkətlərin sayı açıqlanıb

İqtisadiyyat Materials 30 İyul 2025 13:35 (UTC +04:00)
İZİA-nın idarəçiliyindəki sənaye zonalarında rezident kimi qeydiyyatdan keçən xarici şirkətlərin sayı açıqlanıb
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

İqtisadi Zonaların İnkişafı Agentliyinin idarəçiliyində olan sənaye zonalarında hazırda 15-dən çox xarici kapitallı şirkət rezident kimi qeydiyyatdan keçib.

Bu sözləri Trend-ə İqtisadiyyat Nazirliyi yanında İqtisadi Zonaların İnkişafı Agentliyinin (İZİA) mətbuat katibi Elçin Kazımov müsahibəsində bildirib.

Qurumun sözçüsü sənaye zonalarında sahibkarlar üçün yaradılan investisiya imkanlarından yerli və xarici sahibkarların bərabər şəkildə faydalandıqlarını qeyd edib: "İsveçrə, BƏƏ, Tailand, Çin, Pakistan, Türkiyə, Bolqarıstan, Litva, Özbəkistan, Rusiya, İran və s. ölkələrdən olan şirkətlər tərəfindən sənaye zonalarında tikinti kimyəvi vasitələrinin, keramik plitələrin, mühərrik və sənaye yağlarının təkrar emalı ilə baza yağlarının, kalium sulfatın (gübrə), elektrik avtomat və sayğaclarının, dəri və dəri məmulatlarının, tava və qazan məhsullarının, bioloji aktiv qida əlavələrinin və dərman vasitələrinin, avtomobil və s. məhsulların istehsalı sahələri üzrə ixtisaslaşıblar.

"Hələ ki yeni güzəştlərin yaradılması istiqamətinə konkret bir məsələ müəyyən edilməyib. Amma yeni güzəştlər yaranarsa, bundan yerli sahibkarlarla yanaşı, xarici sahibkarlar da bərabər şəkildə faydalana biləcəklər”, - deyə E. Kazımov əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti