Bakı. Trend:
Hazırda Energetika Nazirliyi tərfindən elektromobillik strategiyası hazırlanıb.
Trend xəbər verir ki, bu sözləri Texnika və Texnologiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində təşkil olunan “Bərpa olunan enerji qurğu və avadanlıqlarının istismarı” üzrə Mükəmməllik Mərkəzi və emalatxanalarının açılış mərasimində Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin direktoru Cavid Abdullayev deyib.
"Artıq bu strategiya dövlətə təqdim olunub və danışıqlar aparılır", - deyə direktor qeyd edib.
Qeyd edək ki, elektromobillik üzrə Milli Planın iki əsas mərhələdə həyata keçirilməsi nəzərdə tutulur. 2024-2027-ci illəri əhatə edən birinci mərhələ ölkədə elektromobillik üçün baza infrastrukturunun inkişafını və onun fəaliyyətini təmin edən normativ-hüquqi çərçivənin hazırlanmasını ehtiva edir. İkinci mərhələ isə 2027-ci ildən sonrakı dövrdə elektromobilliyin və enerjidoldurma infrastrukturu bazarının inkişafına dövlətin dəstəyi ilə özəl sektorun cəlbini əks etdirir.