Bakı. Trend:
Türkiyənin Konya şəhərində 4.3 bal gücündə zəlzələ baş verib.
Trend xəbər verir ki, bu barədə Türkiyə hökuməti yanında Fövqəladə Halların İdarə Edilməsi Agentliyi (AFAD) məlumat yayıb.
Bildirilib ki, zəlzələ ocağı şəhərin Ilgın rayonunda, yerin 15.6 kilometr dərinliyində olub.
Zərərçəkənlər və dağıntılar barədə məlumat verilməyib.