Bakı. Trend:
Yeni mövsümdə Azərbaycan Premyer Liqasında mübarizə aparacaq "Karvan" heyətinə yeni futbolçu cəlb edib.
Trend xəbər verir ki, Yevlax təmsilçisi almaniyalı müdafiəçi Moise Nqvisaninin keçidini rəsmiləşdirib. 27 yaşlı oyunçu ilə 1 illik müqavilə imzalanıb.
O, karyerası ərzində Almaniyanın “Bohum”, “Aue”, “Ştutqart” və “Borussiya Münhenqladbax” klublarının heyətində çıxış edib.