Bakı. Trend:
Fransa Kənd Təsərrüfatı Nazirliyinin son açıqlamasına görə, Savua və Yuxarı-Savua bölgələrində iribuynuzlu heyvanların nodulyar dermatiti (DNC) ilə bağlı 47 yoluxma ocağı qeydə alınıb.
Trend xəbər verir ki, bu barədə ölkənin yerli KİV-ləri məlumat yayıb.
Məlumata görə, bu, beş gün əvvəlki rəsmi hesabatla müqayisədə 13 yoluxma ocağı daha çoxdur. Savua bölgəsində 24, Yuxarı-Savua bölgəsində isə 23 yoluxma hadisəsi müəyyən edilib.
DNC əsasən iribuynuzlu heyvanlarda müşahidə olunan virus mənşəli yoluxucu dəri xəstəliyidir. Virus əsasən qansoran həşəratların, xüsusilə də stomox (qansoran milçək) və at milçəklərinin dişləməsi yolu ilə yayılır.