...

Yekaterinburqda bina çöküb - 24 nəfər təxliyə edilib

Dünya xəbərləri Materials 29 İyul 2025 19:03 (UTC +04:00)
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Yekaterinburqda üçmərtəbəli inzibati binanın bir hissəsi çöküb.

Trend xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.

Məlumata görə, hadisə sonrası xilasedicilər qonşu binalardan 24 nəfəri təhlükəsiz əraziyə təxliyə ediblər.

Hadisə yerində 34 nəfər xilasedici və 22 ədəd texnika fəaliyyət göstərir.

İlkin ehtimala görə, çökmənin əsas səbəbi binanın köhnəlmiş vəziyyətdə olmasıdır.

Xəbər lenti

Xəbər lenti