...

"Masdar" Azərbaycanda günəş və külək enerjisi üzrə layihələrin gerçəkləşdirilməsinin gedişatı barədə danışıb (ÖZƏL)

Yaşıl iqtisadiyyat Materials 29 İyul 2025 12:57 (UTC +04:00)
"Masdar" Azərbaycanda günəş və külək enerjisi üzrə layihələrin gerçəkləşdirilməsinin gedişatı barədə danışıb (ÖZƏL)
Ləman Zeynalova
Ləman Zeynalova
Bütün xəbərlər

Bakı. Trend:

“Masdar” və “SOCAR Green” üç layihə üzərində işləyir: Biləsuvar (445 meqavatt) və Neftçala (315 meqavatt) günəş elektrik stansiyaları, eləcə də, Abşeron-Qaradağ külək layihəsi (240 meqavatt).

Bunu Trend-ə özəl müsahibəsində “Masdar”ın Azərbaycandakı nümayəndəliyinin direktoru Murad Sadıxov bildirib.

Sadıxov qeyd edib ki, Biləsuvar və Neftçala günəş elektrik stansiyaları üzrə ilkin layihələndirmə işləri aparılır.

“Artıq mühəndis araşdırmaları, təchizat və tikinti işləri (EPC) üzrə podratçı seçilib, o sahədə səfərbər olub və ilkin tədqiqatları tamamlayıb”, – deyə o qeyd edib.

Sadıxov vurğulayıb ki, hər iki stansiyanın – Biləsuvar və Neftçala – ilkin enerji təminatına, yəni şəbəkəyə qoşulmasına və elektrik enerjisi istehsalına gələn ilin ortalarında başlanacağı planlaşdırılır.

O əlavə edib ki, şirkət “Abşeron-Qaradağ” külək elektrik stansiyası üçün külək resurslarının ölçülməsi kampaniyasını davam etdirir.

“12 aylıq ölçmə mərhələsini başa çatdırmalıyıq, bu, ilin sonunadək planlaşdırılır. Bundan sonra mühəndis araşdırmaları, təchizat və tikinti (EPC) işləri üzrə podratçının seçilməsi prosesi başlayacaq. Tikinti işlərinə 2026-cı ilin əvvəlində başlamağı planlaşdırırıq. Bu, ilkin və mühəndis işlərinin yekunlaşmasından asılıdır, lakin bütün işlərin 2027-ci ilin sonuna qədər tamamlanması nəzərdə tutulur”, – deyə Sadıxov yekunlaşdırıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti