...

BVF hansı hallarda qlobal tədarük zəncirlərində pozuntuların yaranacağından danışıb

Dünya xəbərləri Materials 29 İyul 2025 17:49 (UTC +04:00)
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Yaxın Şərq və ya Ukraynada gərginliyin artması tədarük zəncirlərinə mənfi təsir göstərə bilər.

Trend xəbər verir ki, bu haqda Beynəlxalq Valyuta Fondunun Vaşinqtonda təqdim olunan “Qlobal İqtisadi Perspektivlər” adlı hesabatında bildirilir.

“Geosiyasi gərginliyin eksalasiyası, əsasən də Yaxın Şərq və ya Ukraynada - dünya iqtisadiyyatının təklif sferasında yeni mənfi şokların meydana gəlməsinə yol aça bilər.

Dəniz nəqliyyat marşrutlarının və tədarük zəncirlərinin işində pozuntu yarana bilər, xammal qiymətləri yüksələ bilər, ələlxüsus da iyunda baş verənlərdən fərqli olaraq nəqliyyat infrastrukturuna ziyan dəyərsə”, -deyə sənəddə deyilir.

BVF hesabatına görə, bu faktorlar inflyasiya təzyiqinin yenidən güclənməsinə və iqtisadi artımın ləngiməsinə yol açacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti