Bakı. Trend:
Portuqaliyanın şimal və mərkəzi bölgələrini irimiqyaslı meşə yanğınları cənginə alıb. Havaların isti və küləkli keçməsi ilə alov daha geniş ərazilərə yayılır.
Trend bu barədə “Euronews”a istinadən xəbər verir.
Çoxsaylı yanğın ocaqlarının lokallaşdırılmasına 1700-dən çox yanğınsöndürən cəlb olunub . Ən güclü yanğın Arouka bölgəsində müşahidə olunur. Orada alovla 175 texnika ilə 500 xilasedici mübarizə aparır.
Ponte-da-Barsa adlı ərazidə isə şənbədən bəri davam edən meşə yanğını artıq yaşayış sahələrinə yaxınlaşır, insanlar qaldıqları evləri tərk etməli olurlar.
Meşə yanğınları ilə mübarizə üçün fəlakət zonasına səfərbər olunmuş azı 11 yanğınsöndürənin müxtəlif dərəcəli xəsarətlər aldığı bildirilir.