...

Nəqliyyat sahəsi üzrə biznes kredit portfeli 16%-dən çox böyüyüb

İqtisadiyyat Materials 29 İyul 2025 10:23 (UTC +04:00)
Nəqliyyat sahəsi üzrə biznes kredit portfeli 16%-dən çox böyüyüb
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Bu ilin iyulun 1-nə Azərbaycan banklarının nəqliyyat sahəsinə verilmiş biznes kredit portfeli 1,588 milyard manat təşkil edib.

Trend bu barədə Mərkəzi Bankdan məlumat əldə edib.

Sözügedən sahə üzrə kredit portfeli aylıq müqayisədə 92,6 milyon manat (6,2%) azalıb, ötən ilin eyni dövrü ilə nisbətdə isə 224,1 milyon manat (16,4%) artıb.

Belə ki, nəqliyyat sahəsi üzrə banklar tərəfindən verilmiş biznes kreditlərin məbləği 2025-ci ilin iyunun 1-nə 1,496 miyard manat, ötən ilin iyulun 1-nə isə 1,364 milyard manat təşkil etmişdi.

Qeyd edək ki, cari ilin iyul ayının 1-nə Azərbaycanda bankların kredit portfelinin həcmi 28,472 milyard manata bərabər olub. Kredit portfelinin 15,144 milyard manatı biznes kreditləri, 8,898 milyard manatı istehlak kreditləri, 4,430 milyard manatı isə ipoteka kreditləri təşkil edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti