...

Şəkidə iki maşın toqquşdu - Ölən və yaralananlar var

Hadisə Materials 28 İyul 2025 19:33 (UTC +04:00)
Şəkidə iki maşın toqquşdu - Ölən və yaralananlar var
Bəsti Məmməd
Bəsti Məmməd
Bütün xəbərlər

Bakı. Trend:

Bu gün saat 17 radələrində Yevlax-Zaqatala- Gürcüstan yolunun Şəki rayonu ərazisindən keçən hissəsində “VAZ-2107” və “Mitsubishi” markalı avtomobillər toqquşub.

Trend xəbər verir ki, nəticədə “VAZ”ın sürücüsü, 1962-ci il təvəllüdlü Səxavət Salamov hadisə yerində ölüb.

Digər nəqliyyat vasitəsində olanlar isə xəsarət alıb.

DİN-in Mətbuat Xidmətinin regional qrupundan Trend-ə bildirilib ki, faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar aparılır.

Xəbər lenti

Xəbər lenti