...

ASCO-nun gəmiləri ilə Bakı Gəmiqayırma Zavodunun akvatoriyasında dibdərinləşdirmə işləri aparılıb

İqtisadiyyat Materials 29 İyul 2025 10:39 (UTC +04:00)
ASCO-nun gəmiləri ilə Bakı Gəmiqayırma Zavodunun akvatoriyasında dibdərinləşdirmə işləri aparılıb
Əvəz Həsənov
Əvəz Həsənov
Bütün xəbərlər

Bakı. Trend:

AZCON Holding şirkətlərindən olan ASCO-ya məxsus gəmilər Bakı Gəmiqayırma Zavodunun (BGZ) sifarişi əsasında zavodun akvatoriyası və giriş kanalında həyata keçirilən dibdərinləşdirmə işlərini uğurla başa çatdırıb.

Trend bu barədə ASCO-ya istinadən xəbər verir.

Qeyd edilib ki, işlərə ASCO-nun “Mühəndis Balarza Məmmədov” torpaqqazan gəmisi, “Bakinskaya-3” və “Bakinskaya-5” torpaqdaşıyan gəmiləri, həmçinin “Abşeronskaya-5” yedək gəmisi cəlb olunub.

Layihə çərçivəsində 80 000 kvadratmetrlik sahədə 1 metr dərinliyə qədər qazma işləri aparılıb, ümumilikdə 79 000 kubmetr süxur çıxarılıb və dəniz dibində 9 metrə qədər dərinlik əldə olunub.

Təxminən üç ay davam edən layihə nəticəsində ərazidə gəmi hərəkəti üçün əlverişli hidrotexniki şərait formalaşıb. Bu isə gələcəkdə iriölçülü gəmilərin körpülərə təhlükəsiz və maneəsiz şəkildə yanalmasına şərait yaradacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti