Bakı. Trend:
Böyük Britaniyanın baş naziri Keir Starmer bu həftə Fələstin dövlətinin tanınması planını təqdim etməlidir.
Trend-in məlumatına görə, bu barədə "The Times" qəzeti xəbər verib.
Məlumata əsasən, hökumət başçısının bu addımı Starmerin rəhbərlik etdiyi hakim Leyboristlər Partiyasının artan təzyiqi ilə bağlıdır.
Bildirilib ki, Nazirlər Kabinetinin 7 naziri, vaxt çərçivəsi qeyd olunmasa da, Leyboristlər Partiyasının seçki proqramında yer alan vədi yerinə yetirərək, Fələstin dövlətini tanıması üçün baş nazirə təzyiq göstərirlər.