...

Azərbaycanlı MMA döyüşçüsü dünya çempionatında bürünc medal qazanıb

İdman Materials 29 İyul 2025 04:26 (UTC +04:00)
Azərbaycanlı MMA döyüşçüsü dünya çempionatında bürünc medal qazanıb

Bakı. Trend:

"Qəbələ" İdman Klubunun MMA idmançısı Cəfərsadiq Mirzəyev beynəlxalq arenada uğura imza atıb.

Trend-in məlumatına görə, o, IMMAF dünya çempionatında 61 kq çəki dərəcəsində çıxış edərək bürünc medala sahib olub.

16-17 yaşlı yeniyetmələr arasında keçirilən yarış Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Abu-Dabidə baş tutub. Təmsilçimiz turnirin fəxri kürsüsündə üçüncü pillədə qərarlaşıb.

Qeyd edək ki, dünya çempionatında 60 ölkədən 1050 idmançı iştirak edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti