...

Büdcə təşkilatlarında mühasibat uçotunun elektron formada aparılma mərhələləri müəyyənləşdi

Cəmiyyət Materials 29 İyul 2025 16:08 (UTC +04:00)
Büdcə təşkilatlarında mühasibat uçotunun elektron formada aparılma mərhələləri müəyyənləşdi
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Baş nazir Əli Əsədov büdcə təşkilatlarında mühasibat uçotunun elektron formada aparılması mərhələlərinin müəyyən edilməsi haqqında qərar imzalayıb.

Trend xəbər verir ki, qərara əsasən, büdcə təşkilatları tərəfindən “e-mühasibat” informasiya sistemində yerləşdirilmiş mühasibat uçotunun aparılmasını təmin edən proqram təminatı vasitəsilə mühasibat uçotunun elektron formada aparılması aşağıdakı mərhələlərdə həyata keçiriləcək:

1. Tabeli təşkilatı (təşkilatları) olmayan büdcə təşkilatları – 2027-ci il yanvarın 1-dən.

2. Birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarını tərtib edən büdcə təşkilatları – 2028-ci il yanvarın 1-dən.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti