Bakı. Trend:
Türkiyədə son 24 saat ərzində meydana gələn 55 meşə yanğının hamısı tam nəzarət altına alınıb.
Trend xəbər verir ki, bunu Türkiyənin kənd təsərrüfatı və meşəçilik naziri İbrahim Yumaklı keçirdiyi mətbuat konfransında bildirib.
“Son günlərdə baş verən meşə yanğınları ilə bağlı ümumi məlumat vermək üçün qarşınızdayam. Əvvəlki açıqlamamızı dünən günorta saatlarında etmişdik. Son 24 saat ərzində ölkəmizdə 55 yanğın baş verib.
Bunlar arasında böyümə riski olan yanğınlardan biri Karabük Safranbolu yanğınından 7 kilometr uzaqlıqda yerləşən Kahyalar məhəlləsində baş verən başqa bir yanğın idi. Bu yanğını tam nəzarət altına aldıq", - deyə nazir bildirib.