...

Türkiyə Rusiya ilə Ukrayna arasında sülh üçün səylərini davam etdirir - Ərdoğan

Dünya xəbərləri Materials 28 İyul 2025 22:03 (UTC +04:00)
Türkiyə Rusiya ilə Ukrayna arasında sülh üçün səylərini davam etdirir - Ərdoğan
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Türkiyə Ukraynadakı vəziyyəti həll etmək və Rusiya ilə Ukrayna arasında sülhə nail olmaq üçün fəaliyyətini davam etdirir.

Trend-in məlumatına görə, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nazirlər Kabinetinin iclasından sonra deyib.

Onun sözlərinə görə, tərəflər arasında Türkiyənin təşkil etdiyi danışıqlar davam edəcək.

Türkiyə Prezidenti bildirib ki, yaxın bölgədə davam edən böhranlara, qarşıdurmalara, müharibələrə və gərginliyə baxmayaraq, Türkiyə sülh diplomatiyasının sürətini artırıb.

"Taxıl dəhlizi razılaşması, əsir mübadiləsi və İstanbul, Antalya kimi şəhərlərimizdə aparılan danışıqlar bizim sülhə inamımızın nəticəsidir", - deyə o əlavə edib.

"Mən hər fürsətdə vurğulayıram ki, biz liderlər səviyyəsində görüş keçirməyə hazırıq. Türkiyənin səmimi istəyi odur ki, İstanbulda danışıqlar masası qurulduğu kimi, yaxın gələcəkdə Türkiyədə də sülh masası qurulsun və bu qanlı müharibə bitsin", - deyə R.T.Ərdoğan bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti