...

Ötən ay iri sahibkarlığa 20 milyon manatdan çox kredit verilib

İqtisadiyyat Materials 28 İyul 2025 11:11 (UTC +04:00)
Ötən ay iri sahibkarlığa 20 milyon manatdan çox kredit verilib
Əvəz Həsənov
Əvəz Həsənov
Bütün xəbərlər

Bakı. Trend:

Cari ilin iyun ayının sonuna Azərbaycanda iri sahibkarlıq subyektlərinə verilən kreditlərin həcmi 8,508 milyard manat təşkil edib.

Trend-in Azərbaycan Mərkəzi Bankından əldə etdiyi məlumata görə, bu, may ayının sonu ilə müqayisədə 21,4 milyon manat və ya 0,25% çoxdur.

Belə ki, cari ilin may ayının sonunda Azərbaycanda iri sahibkarlıq subyektlərinə verilən kreditlərin həcmi 8,486 milyard manat idi.

Qeyd edək ki, bu ilin iyun sonuna Azərbaycan banklarının biznes kredit portfelinin həcmi 15,144 milyard manat təşkil edib.

Xatırladaq ki, cari ilin iyul ayının 1-nə olan məlumata görə, Azərbaycanda 966 iri sahibkarlıq subyekti fəaliyyət göstərir. Ölkə üzrə kommersiya təşkilatlarının ümumi sayının 0,5%-ini iri sahibkarlıq subyektləri təşkil edir. Onların əsas hissəsi “Ticarət; nəqliyyat vasitələrinin təmiri” (22,8%), “Emal sənayesi” (13,3%), “Tikinti” (11,6%) və “Nəqliyyat və anbar təsərrüfatı” (6,3%) sahələrində yaradılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti