...

"Real Madrid" Fran Qarsiyanı A Seriyasına buraxmaq niyyətində deyil

İdman Materials 28 İyul 2025 08:50 (UTC +04:00)
"Real Madrid" Fran Qarsiyanı A Seriyasına buraxmaq niyyətində deyil
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

"Real Madrid" 25 yaşlı müdafiəçisi Fran Qarsiyanı A Seriya təmsilçilərinə transfer etməyi planlaşdırmır.

Trend xəbər verir ki, İtaliyanın “Milan” klubu futbolçunun transferi ilə maraqlanıb və onunla yolların ayrılmasının mümkün olub-olmadığını Madrid klubundan sorğulayıb. Lakin "Real" rəhbərliyi Qarsiyanı heyətdə saxlamaq qərarına gəlib.

Bu qərarın əsas səbəblərindən biri komandanın digər sol cinah müdafiəçisi Ferlan Mendinin fiziki durumuna dair davam edən narahatlıqlardır.

Qeyd edək ki, “Milan” Qarsiyanı “Əl-Hilal”a transfer olunan Teo Ernandesin əvəzi kimi görürdü. Lakin daha sonra İtaliya klubu bu mövqeyə Pervis Estupinyanı transfer edib.

Xəbər lenti

Xəbər lenti