...

Almaniyada sürət qatarı Vyana yaxınlığında tuneldə qaldı

Dünya xəbərləri Materials 27 İyul 2025 00:31 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

“Alman Dəmir Yolları”na (“Deutsche Bahn”) məxsus şəhərlərarası sürət qatarı texniki nasazlıq səbəbilə beş saat Vyana yaxınlığında tuneldə qalıb.

Trend-in yerli mediaya istinadla verdiyi məlumata görə, qatarda olan 400 sərnişin bu müddət ərzində tuneldə gözləməyə məcbur olub. Yalnız axşam saatlarında sərnişinlər ehtiyat qatara köçürülərək təxliyə ediliblər.

Qeyd olunur ki, günorta saatlarında Hamburqdan hərəkətə başlayan qatar cəmi 17 dəqiqə sonra texniki nasazlıq səbəbindən tuneldə dayanıb. Mühəndislər əvvəlcə qatarı tuneldən çəkməyə çalışsalar da, bu cəhd uğursuz olub. Nəticədə sərnişinlərin başqa qatara keçirilməsi qərara alınıb.

Hadisə nəticəsində xəsarət alanlar barədə məlumat verilməyib.

Xəbər lenti

Xəbər lenti