Bakı. Trend:
Tailand və Kamboca rəhbərliyi ölkələr arasında dərhal atəşkəsin tətbiq olunmasına razı olublar.
Trend xəbər verir ki, bunu Malayziyanın baş naziri Ənvər İbrahim jurnalistlərə açıqlamasında bildirib.
“Hər iki ölkə dərhal və qeyd-şərtsiz atəşkəsə razılaşıblar”, - deyə Kuala-Lumpurdakı danışıqların nəticələrinə dair keçirilən mətbuat konfransında deyib.
Qeyd edək ki, bu gün Malayziyada Tailand və Kamboca baş nazirlərinin iştirakı ilə atəşkəslə bağlı danışıqlar keçirilib.
xxx
12:37
Kamboca və Tailand arasında qanlı sərhəd toqquşmalarının 5-ci günə qədəm qoyması fonunda dövlətlərin nümayəndə heyətlərinin iştirakı ilə Malayziyada atəşkəslə bağlı danışıqlar start götürüb.
Trend bu barədə “Al-Jazeera” telekanalına istinadən xəbər verir.
Məlumata görə, danışıqlarda nümayəndə heyətlərinə Tailandın baş naziri vəzifələrini icra edən Phumtham Veçayaçay və Kambocanın baş naziri Human Manet başçılıq edir.
Görüşün Putracaya şəhərində, ASEAN blokunun sədri, Malaziya baş naziri Ənvər İbrahimin rəsmi iqamətgahında keçirildiyi bildirilir.
Qeyd edək ki, Tailand-Kamboca sərhədində baş verən toqquşmalarda ümumilikdə azı 35 nəfər həlak olub, sərhədin hər iki tərəfindən 270.000-dən çox insan məcburi köçkün düşüb.