...

Azərbaycan gimnastları Portuqaliyada keçirilən yarışda uğurla çıxış ediblər (FOTO)

İdman Materials 27 İyul 2025 18:34 (UTC +04:00)
Azərbaycan gimnastları Portuqaliyada keçirilən yarışda uğurla çıxış ediblər (FOTO)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

22-26 iyul tarixlərində Portuqaliyanın paytaxtı Lissabon şəhərində “5th World Gym for Life Challenge”i keçirilib.

Trend xəbər verir ki, bu möhtəşəm festivalda 33 ölkədən 3700-dən çox gimnast iştirak edib. Tədbir gimnastikanın yalnız idman deyil, həm də sənət və birliyə çağırış olduğunu bir daha nümayiş etdirib.

Ölkəmizi bu yarışda "Gimnastika hamı üçün" növü üzrə təmsil edən milli komandamız da uğurlu çıxışı ilə fərqlənib. Müxtəlif yaş və bacarıq səviyyəsinə malik üzvlərdən ibarət olan “Flame” komandası kreativ xoreoqrafiyası, səhnə estetikası və yüksək komanda ruhu ilə münsiflərin diqqətini cəlb edib və yarışmanın ikinci yerinə layiq görülüb.

Xəbər lenti

Xəbər lenti