...

Suriyada İŞİD lideri zərərsizləşdirilib

Dünya xəbərləri Materials 25 İyul 2025 23:19 (UTC +04:00)

Bakı. Trend:

ABŞ qüvvələri Suriyanın şimalında keçirdiyi əməliyyat nəticəsində İŞİD-in rəhbər şəxslərindən birini zərərsizləşdirib.

Trend-in məlumatına görə, bu barədə ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) açıqlama yayıb.

Bildirilib ki, əməliyyat Əl-Bab şəhəri yaxınlığında baş tutub. Reyd zamanı İŞİD-in yüksək vəzifəli üzvü və onun qruplaşma ilə bağlı olan iki oğlu məhv edilib.

Məlumata əsasən, bu şəxslər ABŞ, beynəlxalq koalisiya qüvvələri və Suriyanın yeni hakimiyyəti üçün ciddi təhlükə hesab olunurdular.

Xəbər lenti

Xəbər lenti