...

“Unibank” hər kəs üçün bir günlük 0 % komissiyalı kredit aksiyası keçirir

İqtisadiyyat Materials 25 İyul 2025 17:19 (UTC +04:00)
“Unibank” hər kəs üçün bir günlük 0 % komissiyalı kredit aksiyası keçirir

Bakı. Trend:

Unibank iyul ayı üçün sonuncu “Komissiyasız şənbə”aksiyasını elan edir. Cəmi 1 gün- iyulun 26-da “Unibank”dan nağd kredit rəsmiləşdirən hər kəs krediti 0 % komissiya ilə əldə edəcək. Kampaniya çərçivəsində 50 000 manatadək kredit illik cəmi 9.5 %-dən başlayaraq və komissiyasız təklif edilir.

Qeyd edək ki, “Unibank”ın təklif etdiyi illik kredit faizi hazırda bank sektorunda ən aşağı faizlərdəndir. Bu aksiya çərçivəsində digər banklardakı kreditlərinizi 0% komissiya ilə “Unibank”a gətirməklə, bütün ödənişlərinizi ayda cəmi bir dəfə, daha rahat şəkildə və sərfəli ödənişlə həyata keçirə bilərsiniz.

Bankda nağd kreditlərin müddəti 60 ayadəkdir.

Aksiya çərçivəsində “Unibank”dan nağd kredit götürmək bu üstünlükləri verir:

- 0 % komissiya;

- illik 9.5 %-dən başlayan kredit əldə etmək;

- 50 000 AZN-dək məbləğ;

- zamin tələbi yoxdur;
- 60 ayadək ödəniş müddəti;

- tez və rahat rəsmiləşdirmə imkanı;

- müştərinin istəyinə görə kredit həyat sığortası.

Krediti banka gəlmədən sifariş etmək üçün aşağıdakı imkanlar da mövcuddur:

- 055 457 81 17 vatsap nömrəsinə yazaraq;

-“Kredit” sözünü sms ilə 8117-yə göndərməklə;

- Bankın saytından (https://unbk.az/nagdkredit) onlayn sifariş etməklə.

Unibank- Sənin Bankın!

Məqalədə:
Xəbər lenti

Xəbər lenti