...

Ötən gün 61 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib - DİN

Cəmiyyət Materials 26 İyul 2025 10:42 (UTC +04:00)
Ötən gün 61 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib - DİN
Rəşid Qarayev
Rəşid Qarayev
Bütün xəbərlər

Bakı. Trend:

İyulun 25-də ölkə ərazisində qeydə alınan 53, əvvəlki dövrlərdən bağlı qalan 15 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.

Trend xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilir ki, axtarışda olduğuna görə ümumilikdə 81, o cümlədən borclu şəxs qismində axtarışda olan 61 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Eyni zamanda cinayət törətməkdə şübhəli bilinən 53 nəfər saxlanılıb.

Həmçinin narkotiklərlə əlaqəli 32, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 7 fakt müəyyən edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti