Bakı. Trend:
Cari ilin iyun ayının sonuna Azərbaycanda mikro sahibkarlıq subyektlərinə verilən kreditlərin həcmi 3,202 milyard manat təşkil edib.
Trend-in Azərbaycan Mərkəzi Bankından əldə etdiyi məlumata görə, bu, may ayının sonu ilə müqayisədə 12,4 milyon manat və ya 0,4% çoxdur.
Belə ki, cari ilin may ayının sonunda Azərbaycanda mikro sahibkarlıq subyektlərinə verilən kreditlərin həcmi 3,190 milyard manat idi.
Qeyd edək ki, bu ilin iyun sonuna Azərbaycan banklarının biznes kredit portfelinin həcmi 15,144 milyard manat təşkil edib.
Xatırladaq ki, cari ilin 1 iyul tarixinə ölkədə fəaliyyət göstərən mikrosahibkarlıq subyektlərinin sayı 184,4 min ədəddir. Ölkə üzrə kommersiya təşkilatlarının ümumi sayının 91,4 faizini mikro sahibkarlıq subyektləri təşkil edir. Onların əsas hissəsi “Ticarət; nəqliyyat vasitələrinin təmiri” (35%), “Digər sahələrdə xidmətlərin göstərilməsi” (11,3%), “Tikinti” (9,2%), “Peşə, elmi və texniki fəaliyyət” (7,8%) və “Kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq” (6,5%) sahələrində yaradılıb.