...

Sabah 40 dərəcə isti olacaq

Cəmiyyət Materials 25 İyul 2025 12:18 (UTC +04:00)
Sabah 40 dərəcə isti olacaq
Rəşid Qarayev
Rəşid Qarayev
Bütün xəbərlər

Bakı.trend:

Sabaha gözlənilən hava proqnozu açıqlanıb.

Trend xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Bildirilib ki, sabah Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin səhər yarımadanın bəzi yerlərində qısamüddətli az yağış yağacağı ehtimalı var. Şimal-qərb küləyi gündüz cənub-qərb küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə +23 dərəcədən +27 dərəcəyədək, gündüz +33 dərəcədən +37 dərəcəyədək olacaq. Atmosfer təzyiqi normadan aşağı 758 mm civə sütunu, nisbi rütubət gecə 70-75%, gündüz 40-45% təşkil edəcək.

Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə qısamüddətli leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimalı var. Axşam tədricən kəsiləcək. Gecə və səhər bəzi dağlıq ərazilərdə arabir duman olacaq. Mülayim şərq küləyi əsəcək.

Havanın temperaturu gecə +23 dərəcədən +27 dərəcəyədək, gündüz +35 dərəcədən +40 dərəcəyədək, dağlarda gecə +10 dərəcədən +15 dərəcəyədək, gündüz +22 dərəcədən +26 dərəcəyədək olacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti