Bakı. Trend:
Təxminən 10 ildir ki, Elm və Təhsil Nazirliyi tərəfindən SABAH qrupları layihəsi həyata keçirilir. Bu platformanın daha da genişləndirilməsi nəzərdə tutulur.
Trend xəbər verir ki, bunu elm və təhsil nazirinin müşaviri Nicat Məmmədli Prezident İlham Əliyevin tələbə təqaüdlərinin artırılması ilə bağlı sərəncamını şərh edərkən jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, SABAH və yeni məzmunlu təhsil proqramlarının əhatə dairəsinin 15 minə çatdırılması nəzərdə tutulub.
“Artıq bu istiqamətdə addımlar atılmaqdadır. İndiyədək bu təhsil proqramlarında 5-7 min nəfər tələbə təhsil alırdı, bu ildən sonra həmin sayın 15 minə çatdırılması nəzərdə tutulur”, - deyə o qeyd edib.