...

Hacıqabulda avtoxuliqanlıq edən sürücü məsuliyyətə cəlb olunub (VİDEO)

Hadisə Materials 25 İyul 2025 13:26 (UTC +04:00)
Hacıqabulda avtoxuliqanlıq edən sürücü məsuliyyətə cəlb olunub (VİDEO)
Bəsti Məmməd
Bəsti Məmməd
Bütün xəbərlər

Bakı.Trend:

Hacıqabul Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə gecə saatlarında idarə etdiyi “VAZ” markalı nəqliyyat vasitəsilə yol hərəkəti qaydalarını kobud şəkildə pozan və digər sürücülərə təhlükə yaradan Vasif Məmmədov saxlanılıb.

Trend-in məlumatına görə, yol patrul xidmətinin əməkdaşları tərəfindən sürücü barəsində qanunvericiliyə uyğun olaraq tədbirlər görülüb və toplanmış materiallar hüquqi qiymət verilməsi üçün məhkəməyə göndərilib.

Məhkəmənin qərarı ilə V.Məmmədov sürücülük hüququ 1 il müddətində məhdudlaşdırılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti