Bakı. Trend:
Qazaxıstanın Almatı vilayətində EC-145 hərbi helikopteri radarlardan itib.
Trend xəbər verir ki, bu barədə Qazaxıstan KİV məlumat yayıb.
İlkin məlumata görə, yoxa çıxmış helikopterin göyərtəsində 3 ekipaj üzvü olub.
Qazaxıstanın hava hücumlarından müdafiə qüvvələrinin mətbuat xidməti insidentlə bağlı məlumatların bir qədər sonra veriləcəyini bildirib.