...

Özbəkistan və Qırğızıstan sərhədində zəlzələ olub

Dünya xəbərləri Materials 25 İyul 2025 09:31 (UTC +04:00)
Özbəkistan və Qırğızıstan sərhədində zəlzələ olub
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Özbəkistanın Əndican əyalətinin bir neçə rayonunda zəlzələ baş verib.

Trend xəbər verir ki, bu barədə Özbəkistan Fövqəladə Hallar Nazirliyinin Seysmoloji-Proqnoz Monitorinq Mərkəzi məlumat yayıb.

Məlumata əsasən, 3,6 bal gücündə zəlzələnin episentri Qırğızıstanın sərhədyanı Cəlalabad şəhəri olub.

Zəlzələnin yeraltı ocağı 15 kilometr dərinlikdə olub.

Qurbanlar və dağıntılar barədə məlumat yoxdur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti