Bakı. Trend:
Çinin Hebey əyalətinin Boadinq şəhərinə qısa müddət ərzində bir illik yağıntı norması yağıb. Leysan yağışlar qısa müddət ərzində paytaxt Pekinin yaxınlığında yerləşən sənaye şəhərində həyatı iflic edib.
Trend xəbər verir ki, bu barədə "The Independent" yazır.
24 saat ərzində təkcə Yi rayonunda 447 mm səviyyəsində yağıntı düşüb. Rəsmi hidrometroloji qeydlərə əsasən, Boadinq şəhəri üçün illik norma 500 mm-ə yaxındır.
Küçələrin daşqın sularına qərq olması ilə əlaqədar ərazidə kütləvi təxliyə işləri aparılır. 19 min 453 nəfər yaşadıqları 6171 evi tərk etmək məcburiyyətində qalıblar.