...

Qarabağ və Şərqi Zəngəzurdan banklara əmanət qoyuluşlarının həcmi məlum olub

İqtisadiyyat Materials 25 İyul 2025 13:34 (UTC +04:00)
Qarabağ və Şərqi Zəngəzurdan banklara əmanət qoyuluşlarının həcmi məlum olub
Əvəz Həsənov
Əvəz Həsənov
Bütün xəbərlər

Bakı. Trend:

Cari ilin iyulun 1-nə olan məlumata görə, Qarabağ iqtisadi rayonundan banklara qoyulmuş əmanətlərin həcmi 98,556 milyon manat olub.

Trend bu barədə Azərbaycan Mərkəzi Bankından məlumat əldə edib.

Məlumata əsasən, bu göstərici bir ay əvvələ nisbətən 6,973 milyon manat və ya 7,6%, 2024-cü ilin iyunun 1-nə olan göstərici ilə müqayisədə isə 2,986 milyon manat və ya 3,1% çoxdur.

Eyni zamanda, 2025-ci ilin iyulun 1-nə Şərqi Zəngəzur iqtisadi rayonundan banklara qoyulmuş əmanətlərin həcmi 719 min manat olub ki, bu da bir ay əvvəlki göstərici ilə müqayisədə 56 min manat, yaxud 8,4% artım deməkdir.

Qeyd edək ki, bu ilin iyulun 1-nə Azərbaycanda regionlar üzrə cəlb olunmuş əmanətlərin həcmi 15,437 milyard manat təşkil edib ki, bu da əvvəlki ayla müqayisədə 374 milyon manat, yaxud 2,5%, 2024-cü ilin iyunun 1-nə olan göstərici ilə müqayisədə isə 1,256 milyard manat və ya 8,9% çoxdur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti