...

Azərbaycanda ödəniş kartları bir ayda 200 min ədədə yaxın artıb

İqtisadiyyat Materials 25 İyul 2025 10:34 (UTC +04:00)
Azərbaycanda ödəniş kartları bir ayda 200 min ədədə yaxın artıb
Əvəz Həsənov
Əvəz Həsənov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanda fəaliyyət göstərən banklar və “Azərpoçt” MMC sistemləri üzrə iyun ayının sonunda dövriyyədə olan ödəniş kartlarının sayı ötən aya nəzərən 181 min ədəd artaraq, 20 milyon 642 min ədəd təşkil edib.

Trend bu barədə Azərbaycan Mərkəzi Bankından məlumat əldə edib.

Məlumata görə, keçən ilin müvafiq dövrü ilə müqayisədə bu göstərici 14.1% artıb. Ödəniş kartlarında debet kartlarının sayı 17,1% artıb, kredit kartlarının sayı isə 6.9% azalıb.

Ödəniş kartlarının artması nağdsız ödənişlərin həcminə müsbət təsir göstərib. Belə ki, ay ərzində ölkədaxili nağdsız əməliyyatların həcmi keçən ilin müvafiq dövrü ilə müqayisədə 38.3% artıb. 2025-ci ilin iyun ayı ərzində kartlar vasitəsilə həyata keçirilən ölkədaxili nağdsız ödənişlərin həcmi 8,439 milyard manat təşkil edib.

Həyata keçirilən nağdsız ödənişlərin 7,375 milyon manatı elektron ticarətin payına düşür. Qalan məbləğin 1,058 milyon manatı POS-terminallar, 5 milyon manatı isə özünə xidmət terminalları və bankomatların vasitəsilə gerçəkləşdirilib.

İlin əvvəlindən ödəniş kartları ilə nağdsız ölkədaxili əməliyyatların həcmi ölkədaxili kart əməliyyatlarının 67,1%-ni təşkil edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti