Bakı. Trend:
Cari ilin yanvar-iyun aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2024-cü ilin yanvar-iyun ayları ilə müqayisədə 6,4 faiz artaraq, 1,971 milyon olub.
Trend bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Məlumata görə, gecələmələrin ümumi sayının 62,6 faizi Bakıda, 6,4 faizi Qusarda, 4,9 faizi Naftalanda, 4,4 faizi Qəbələdə, 3,2 faizi Şabranda, 3 faizi Qubada, 2,6 faizi Lənkəranda, 1,4 faizi Şamaxıda, 1,1 faizi Naxçıvan Muxtar Respublikasında, 1,1 faizi Şuşada, 1,0 faizi Masallıda, 1 faizi Xaçmazda və 7,3 faizi digər şəhər və rayonlardakı mehmanxanalarda (hotellərdə) və mehmanxana tipli obyektlərdə qeydə alınıb.
Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin keçirdiyi gecələmələrin sayı 2024-cü ilin yanvar-iyun ayları ilə müqayisədə 10,3 faiz artaraq 1,193 milyon olub ki, bu da ümumi gecələmələrin 60,5 faizini təşkil edir. Gecələmələrin ümumi sayının 19,3 faizi Hindistan, 12,8 faizi Rusiya Federasiyası, 9,1 faizi Türkiyə, 6,7 faizi Səudiyyə Ərəbistanı, 5,3 faizi Birləşmiş Ərəb Əmirlikləri, 4,1 faizi İsrail, 3,3 faizi ABŞ, 2,8 faizi Çin, 2,8 faizi Pakistan, 2,7 faizi Qazaxıstan, 2,5 faizi Özbəkistan, 2,4 faizi Küveyt, 2,0 faizi Böyük Britaniya, 1,1 faizi Almaniya, 0,9 faizi İtaliya, 0,7 faizi Gürcüstan, 0,6 faizi Bəhreyn, 0,6 faizi İran, 20,3 faizi isə digər ölkələrin vətəndaşlarının payına düşüb.
Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin keçirdiyi gecələmələrin 80,8 faizi Bakıda, 7,2 faizi Qusarda, 4,1 faizi Naftalanda, 3,2 faizi Qəbələdə, 2,1 faizi Qubada, 0,5 faizi Şamaxıda, 2,1 faizi isə digər şəhər və rayonlardakı mehmanxanalarda qeydə alınıb.
Azərbaycan vətəndaşlarının mehmanxanalarda keçirdiyi gecələmələrin sayı 2024-cü ilin yanvar-iyun ayları ilə müqayisədə 0,9 faiz artaraq 778,1 min olub ki, bu da ümumi gecələmələrin 39,5 faizini təşkil edir.