...

Azərbaycanda manatla pul kütləsinin həcmi açıqlanıb

İqtisadiyyat Materials 25 İyul 2025 11:54 (UTC +04:00)
Azərbaycanda manatla pul kütləsinin həcmi açıqlanıb
Əvəz Həsənov
Əvəz Həsənov
Bütün xəbərlər

Bakı. Trend:

Bu ilin iyulun 1-nə Azərbaycanda geniş mənada pul kütləsinin (M3 aqreqatı) həcmi 48,468 milyard manat təşkil edib.

Trend-in Mərkəzi Bankdan (AMB) əldə etdiyi məlumata görə, bu, aylıq müqayisədə 162 milyon manat və ya 0,3%, 2024-cü ilin eyni dövrünə nisbətən isə 3,406 milyard manat və ya 7,6% çoxdur.

Bundan başqa, 2025-ci ilin iyulun 1-nə manatla pul kütləsinin (M2 aqreqatı) həcmi 36,817 milyard manat təşkil edib ki, bu da aylıq göstəriciyə nisbətən 1,049 milyard manat və ya 2,9%, 2024-cü ilin eyni dövrünə nisbətən isə 1,690 milyard manat və ya 4,8% çoxdur.

Həmçinin, hesabat dövründə M1 pul aqreqatı üzrə göstərici 29,43 milyard manata bərabər olub. Bu, aylıq müqayisədə 1,079 milyard manat və ya 3,8%, 2024-cü ilin eyni dövrünə nisbətən isə 874 milyon manat və ya 3,1% çoxdur.

Eyni zamanda, bu ilin iyulun 1-nə banklardan kənarda olan nağd pul kütləsi (M0 aqreqatı) 16,513 milyard manat təşkil edib ki, bu da aylıq müqayisədə 336 milyon manat və ya 2,1%, ötən ilin eyni dövrünə nisbətən isə 923 milyon manat 5,9% çoxdur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti