Bakı. Trend:
ABŞ-nin Nyu-Meksiko Universitetinin tələbə şəhərciyindən silahlı insident baş verib.
Trend bu barədə xarici KİV-lərə istinadən xəbər verir.
Məlumata görə, ali təhsil müəssisəsinin administrasiyasının verdiyi məlumata əsasən, hadisə nəticəsində 1 nəfər həlak olub, 1 nəfər yaralanıb.
Silahlı hücumu həyata keçirməkdə şübhəli bilinən şəxs hələ də azadlıqdadır. Onun kampusun ərazisində olduğu ehtimal edilir. Universitet rəhbərliyi tələbələrə təhlükəsiz ərazilərə sığınmağa çağırıb.
Hadisə yerinə xüsusi-təyinatlı polis dəstələri səfərbər olunub.