...

Ceyranbatanda sexdə 250 karton qutu yanıb (VİDEO)

Hadisə Materials 25 İyul 2025 15:11 (UTC +04:00)
Ceyranbatanda sexdə 250 karton qutu yanıb (VİDEO)
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Abşeron rayonu, Ceyranbatan qəsəbəsi ərazisində sexdə yanğın baş verməsi barədə məlumat daxil olub.

FHN-in Mətbuat xidmətindən Trend-ə verilən xəbərə görə, məlumatla əlaqədar dərhal əraziyə Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

Bildirilib ki, əməliyyat şəraitinin qiymətləndirilməsi zamanı yanğının karton istehsalı müəssisəsinin ərazisində karton qutuların yığıldığı sahədə baş verdiyi və sexlərə keçmə riskinin yüksək olduğu müəyyən edilib.

Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində karton qutuların yığıldığı sahədə baş vermiş yanğın genişlənməsinə, o cümlədən sexlərə keçməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində sexin ərazisində 400 kv.m. sahədə 250 ədəd karton qutu, 4 ədəd plastikdən ibarət pəncərə çərçivəsi və 1 ədəd kondisioner yanıb.

Sexlər yanğından mühafizə olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti