Bakı. Trend:
Yunanıstan-Bolqarıstan İnterkonnektorunun (IGB) operatoru olan ICGB öz rəqəmsal transformasiya strategiyası çərçivəsində uğurlu şəkildə “Damas MMS:G” kommersiya dispetçer sisteminin tətbiqini həyata keçirib.
Trend bu barədə ICGB-yə istinadən xəbər verir.
Yeni platformanın tətbiqi şirkətin bütün kommersiya və əməliyyat proseslərinin avtomatlaşdırılması istiqamətində mühüm addım olub və transsərhəd qaz axınlarının effektiv, etibarlı və şəffaf şəkildə idarə olunması potensialını artırmış olub.
“Damas MMS:G” sistemi ICGB kommersiya əməliyyatlarının rəqəmsal nüvəsinə çevrilməklə qaz nəqli xidmətlərinin kompleks idarə olunmasını, o cümlədən, aşağıdakıları təmin etmiş olub:
- PRISMA və RBP hərrac platformaları vasitəsilə sistemlərarası birləşmə nöqtələrində nəqliyyat güclərinin təklif olunması;
- güclərin bronlaşdırılması və müştərilərin paylanmasının idarə edilməsi;
- nominasiya proseslərinin və qonşu nəqliyyat sistemlərinin operatorları ilə razılaşdırmanın tam administrasiyası;
- gündəlik balansın təmin edilməsi, balanssızlıqların hesablanması və tənzimləyici və bazar hesabatlarının hazırlanması;
- ixtisaslaşdırılmış modul vasitəsilə müştərilərə aylıq hesab-fakturaların təqdim edilməsi.
Bundan əlavə, platforma “Balkan Gas Hub” ilə tam inteqrasiya olunub, bu da bazar iştirakçıları üçün qaz ticarətini daha əlçatan və rahat edir.
“Damas MMS:G” sisteminin tətbiqi ICGB-nin yüksək əməliyyat standartlarına, tənzimləyici uyğunluğa və Avropa İttifaqının enerji siyasətinin məqsədlərinə uyğun olaraq bazara inteqrasiya öhdəliyini bir daha təsdiqləyib.
Sistem Unicorn Universe Digital-Twin Construction Kit (uuDck) alətindən istifadə olunmaqla, Unicorn Mobile-First IoT-ready Cloud AI-Boosted arxitekturası əsasında hazırlanıb.
Qeyd edək ki, Yunanıstan–Bolqarıstan qaz interkonnektoru 2011-ci ildə Bolqarıstanda qeydiyyatdan keçmiş ICGB AD birgə müəssisəsi tərəfindən idarə olunur. Şirkətin səhmdarları BEH EAD (50%) və IGI Poseidon (50%) şirkətləridir. IGI Poseidon Yunanıstanda qeydiyyatdan keçib və onun səhmləri Yunanıstanın DEPA International Projects (50%) və İtaliyanın Edison S.p.A enerji qrupu (50%) tərəfindən bərabər bölüşdürülüb.
Nizamnaməsinə əsasən, ICGB AD IGB qaz kəmərinin sahibidir, layihənin icrasını maliyyələşdirir, ötürücülük qabiliyyətlərini paylaşdırır və təbii qazın nəqlindən gəlir əldə edir.