Bakı. Trend:
Bu ilin iyulun 1-nə Azərbaycan Mərkəzi Bankının (AMB) banklara və bank olmayan kredit təşkilatlarına (BOKT) xalis tələbləri 7,961 milyard manat təşkil edib.
Bu barədə Trend AMB-dən məlumat əldə edib.
Məlumata görə, bu göstərici bir ay əvvələ nisbətən 977 milyon manat və ya 10,9% azalıb.
Həmçinin, xalis tələblər bir il əvvəlki göstərici ilə müqayisədə 591,1 milyon manat və ya 6,9% azalıb.
Qeyd edək ki, 2025-ci ilin iyunun 1-nə AMB-nin banklara və bank olmayan kredit təşkilatlarına (BOKT) xalis tələbləri 8,938 milyard manat, 2024-cü ilin iyulun 1-nə isə 8,552 milyard manat təşkil etmişdi.