...

Münhen hava limanında deportasiya üçün xüsusi terminal tikiləcək

Dünya xəbərləri Materials 25 İyul 2025 08:36 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Almaniyanın Münhen hava limanında miqrantların repatriasiyası (vətənə qaytarılması) üçün xüsusi deportasiya terminalının yaradılması planlaşdırılır.

Trend xəbər verir ki, bu barədə Almaniyanın “DW” media orqanı məlumat yayıb.

Məlumata görə, “repatriasiya terminalı” adlandırılan yeni bina təxminən 60 metr uzunluqda və iki mərtəbəli olacaq. Layihəyə əsasən, terminal gündə 50-yə qədər fərdi deportasiya və qrup çarter reyslərini idarə edəcək, ümumilikdə isə 100-ə qədər giriş-çıxış prosesini əhatə edəcək.

Bundan əlavə, obyekt mərkəzi qeydiyyat sahəsini də əhatə edəcək və bu, repatriasiya proseslərinin səmərəli koordinasiyasına xidmət edəcək.

Tikinti işlərinin 2028-ci ilə qədər tamamlanması nəzərdə tutulur.

Münhenin meri Diter Rayter layihə ilə bağlı bildirib: “Cinayət törətməkdə təqsirli bilinən insanların mənşə ölkələrinə deportasiyası məntiqli addımdır. Ona görə də belə bir terminalın yaradılması təklifinin kökündən yanlış olduğunu düşünmürəm”.

Xəbər lenti

Xəbər lenti