...

Azərbaycan komandası Avropa Universitetləri Futzal Çempionatının final mərhələsinə yüksəlib

İdman Materials 25 İyul 2025 10:32 (UTC +04:00)
Azərbaycan komandası Avropa Universitetləri Futzal Çempionatının final mərhələsinə yüksəlib
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Xorvatiyanın Zaqreb şəhərində tələbələr arasında Avropa Universitetləri Futzal Çempionatı keçirilir.

Trend xəbər verir ki, oyunlarda ölkəmizi Azərbaycan Tələbə Liqasının 2024/2025-ci illər mövsümünün qalibi Azərbaycan İdman Akademiyasının komandası təmsil edir.

Azərbaycan komandası yarımfinal mərhələsində güclü İspaniya komandasını 5:1 hesabı ilə məğlub edərək final mərhələsinə yüksəlib.

Qeyd edək ki, komandanın Avropa çempionatda iştirakı Azərbaycan Tələbə Futbol Federasiyası İctimai Birliyinin təşkilatçılığı, Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının, Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqının və Azərbaycan Həmkarlar İttifaqları İdman Təşkilatları Assosiasiyasının, Azərbaycan İdman Akademiyasının dəstəyi ilə həyata keçirilir.

Xəbər lenti

Xəbər lenti