...

“Intel” müflis olmamaq üçün qəti ölçülərə əl atacaq

Dünya xəbərləri Materials 25 İyul 2025 09:51 (UTC +04:00)
“Intel” müflis olmamaq üçün qəti ölçülərə əl atacaq
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Amerikanın texnologiya nəhəngi, kompüter mikroprosesorlarının aparıcı istehsalçısı “İntel” korporasiyasının yeni rəhbərliyi şirkəti müflisləşməkdən qurtarmaq üçün minlərlə işçini ixtisar etməyi və şirkətin büdcə xərclərini maksimum azaltmağı planlaşdırır.

Trend xəbər verir ki, bu barədə “Euronews” məlumat yayıb.

Şirkətin yeni baş direktoru əvvəllər Silikon Vadisinin formalaşmasına töhfə vermiş, lakin son illərdə “Nvidia Corp”. və “Advanced Micro Devices Inc.” kimi rəqiblərindən geri qalmış bu çip nəhəngini belə qəti ölçülərlə dirçəltməyə çalışır.

Cümə axşamı günü əməkdaşlara ünvanladığı məktubda baş direktor Lip-Bu Tan bildirib ki, "Intel" ilin sonuna qədər törəmə şirkətlər istisna olmaqla, 75.000 nəfərlik "əsas" işçi heyətlə fəaliyyəti davam etdirəcək. Bu göstərici ötən ilin sonunda 99.500 təşkil edirdi. Şirkət daha əvvəl işçi qüvvəsinin 15% azaldılacağını elan etmişdi.

1968-ci ildə fərdi kompüter inqilabının başlanğıcında təsis olunan “Intel” süni intellektin sürətlə inkişaf etdiyi bir dövrdə daha ağır problemlərlə üz-üzə qalıb. Bu sahədə əvvəllər daha kiçik rəqib olan “Nvidia”nın istehsal etdiyi çiplər texnologiya dünyasının ən çox tələbat görən məhsuluna çevrilib.

Kaliforniya ştatının Santa Klara şəhərində yerləşən "Intel"in bazar dəyəri cümə axşamı bazar bağlanışında 98.71 milyard dollar (təxminən 84 milyard avro) təşkil edib. Bu rəqəm "Nvidia"nın 4.24 trilyon dollar (təxminən 3.61 trilyon avro) olan bazar dəyəri ilə müqayisədə çox aşağıdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti