...

Serbiya xaricdə saxlanılan qızıl ehtiyatını ölkəyə qaytaracaq

Dünya xəbərləri Materials 25 İyul 2025 08:20 (UTC +04:00)
Serbiya xaricdə saxlanılan qızıl ehtiyatını ölkəyə qaytaracaq
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Serbiya xarici ölkələrdə saxlanılan qızıl ehtiyatlarını öz ərazisinə qaytarmaq qərarına gəlib.

Trend xəbər verir ki, bu barədə Serbiya Mərkəzi Bankı məlumat yayıb.

Məlumata görə, Belqrad bu addımı böhranlı dövrlərdə strateji ehtiyatların təhlükəsizliyini təmin etmək məqsədilə atır. Bununla da Serbiya, Şərqi Avropada qızıl ehtiyatlarını İsveçrə, Böyük Britaniya və ABŞ kimi ənənəvi mərkəzlərdə saxlamayan ilk ölkə olacaq.

Qeyd olunur ki, Serbiyanın ümumi qızıl ehtiyatı 50,5 ton təşkil edir. Bu həcmin təxminən altı milyard dollar dəyərində olduğu bildirilir. 2024-cü ildə əldə olunmuş və hələ İsveçrədə saxlanılan beş ton istisna olmaqla, qızıl ehtiyatlarının qalan hissəsi artıq Belqraddadır.

Xəbər lenti

Xəbər lenti