...

Xalq artisti Arif Babayevin vəziyyəti açıqlandı

Cəmiyyət Materials 25 İyul 2025 09:41 (UTC +04:00)
Xalq artisti Arif Babayevin vəziyyəti açıqlandı
Rəşid Qarayev
Rəşid Qarayev
Bütün xəbərlər

Bakı.Trend:

Xalq artisti Arif Babayevin vəziyyəti ağır olaraq qalır.

Bu barədə Trend-in sorğusuna cavab olaraq Mərkəzi Klinikanın İnformasiya Mərkəzindən bildirilib.

Qeyd edilib ki, axşam saatlarında Mərkəzi Klinikaya gətirilən Xalq artistinin vəziyyəti ciddi ağır olaraq qiymətləndirilir.

"Hazırda reanimasiya şöbəsində müalicəsi davam edir", - məlumatda deyilir.

Xatırladaq ki, 23.07.2025-ci il tarixində saat 17:30 radələrində Xalq artisti Arif Babayev kəskin tənəffüz çatışmazlığı diaqnozu ilə Qax Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub. Dünən isə Xalq artisti Arif Babayev təcili tibbi yardım avtomobili ilə Qax Rayon Mərkəzi Xəstəxanasından Bakıda yerləşən Mərkəzi Klinik Xəstəxanasına gətirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti